Dövlət Teatr Muzeyində Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış vokalçı, aktyor, uzun illər Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) aparıcı səhnə ustası olmuş  Xalq artisti Mobil Əhmədovun (1931-2006) xatirəsi yad olunub.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq, sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Əməkdar artist, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Ramil Qasımov tanınmış vokalçının yaradıcılıq fəaliyyətindən danışıb.

Xalq artisti, tarzən Ramiz Quliyev, Mobil Əhmədovun qızı Nigar Əhmədova çıxış edərək sənətkar haqqında xatirələrini bölüşüblər.

Tədbirdə muzey əməkdaşlarının Mobil Əhmədovun həyat və yaradıcılığı ilə bağlı hazırladıqları videoçarx təqdim edilib. Aktyorun oynadığı tamaşalardan fraqmentlər nümayiş olunub, Mobil Əhmədovun ifasında mahnılar səsləndirilib.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Əməkdar rəssam Vüqar Əli sənətkarın rəssamlıq qabiliyyətindən də bəhs ediblər. Mobil Əhmədovun çəkdiyi rəsmlər, o cümlədən sənət yoldaşlarının şarjları sərgilənib.

Akademik OperaBalet Teatrının solistləri – Əməkdar artistlər İnarə BabayevaSilva” operasından Silvanın, İlahə Əfəndiyeva “Sevil” operasından Sevilin, Ramil Qasımov “Koroğlu” operasından Koroğlunun ariyalarını ifa ediblər. Mobil Əhmədovun repertuarından mahnılar gənc ifaçılar Emil Bağırzadə (“Bakı”), Taleh Yəhyayev (“Neftçilər”, “Bəxtəvər oldum”), Şaban Cəfərov (“Sevgilim”) və Bəxtiyar Quliyevin ifasında (“Baharımsan”) səslənib.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.6.