Müstəqillik zirvəsi – qüdrətli Azərbaycan

 

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Beyləqan rayon Heydər Əliyev Mərkəzində məktəb kollektivlərinin, gənclərin iştirakı ilə  “Müstəqillik zirvəsi – müasir qüdrətli Azərbaycan” adlı tədbir keçirilib.

Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Famil Həşimov adına 3 saylı şəhər tam orta məktəbin müəllim və şagirdləri də iştirak ediblər. İmişli rayon Mədəniyyət Mərkəzində isə “Vətən desin” adlı tədbir təşkil edilib. Tədbir konsert proqramı ilə davam edib.

***

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Abşeron rayon Xırdalan şəhər 11 illik Uşaq musiqi məktəbinin xalq çalğı alətləri ansamblının ifasında “Kompozisiya” adlı konsert proqramı təşkil edilib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanım mənim” mövzusunda elmi-praktik konfrans keçirilib.

***

Sabirabad RMİ Şirvan şəhər Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Azərbaycanın müstəqillik tarixindən bəhs edən film nümayiş olunub.

Saatlı rayon Mədəniyyət Mərkəzinin Şirinbəyli kənd Folklor evində keçirilən tədbirdə bədii qiraət dərnəyi üzvlərinin ifasında vətənpərvərlik mövzulu şeirlər səsləndirilib.

***

Ağdaş RMİ Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasında “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” adlı tədbir təşkil olunub. Çıxış edənlər müstəqilliyimizin qorunub möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər. Sonra müstəqilliyimizin bərpasına həsr olunmuş slayd nümayiş etdirilib.

***

Əlamətdar gün münasibətilə Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzi (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva və başqaları Azərbaycan xalqının keçdiyi çətin və şərəfli müstəqillik yolundan söz açıblar.

***

Ağstafa RMİ Ağstafa rayon H.Arif adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə şagirdlərin iştirakı ilə hazırlanmış konsert proqramı təqdim olunub.

Tovuz rayon Heydər Əliyev Mərkəzi və GİKM-in Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir!” mövzusunda “Xəmsə” milli intellektual oyunu keçirilib. 8 komanda arasından I, II və III yerlər üzrə qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Qazax Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin əl işlərindən ibarət “Bütövlüyünü bərpa etmiş xalq” adlı sərgi təşkil olunub.

***

 

Gəncə RMİ Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbində təşkil olunan tədbirdə xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Ulu öndər” sənədli filmi nümayiş olunub. Goranboy Dövlət Rəsm Qalereyası, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər parkında “18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür” adlı sərgi keçirilib.

 

***

Ağcabədi RMİ Ağdam rayon R.Məmmədov adına Döyüş Şöhrəti Muzeyində “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib. Tədbirdə muzeyin direktoru Sahib Məmmədov, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və digərləri çıxış ediblər.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.4.