Gəncə teatrında yeni tamaşalar

Gəncə Dövlət Dram Teatrında iki yeni səhnə nümunəsinin məşqlərinə başlanılıb.

Bu il 140 illiyi qeyd edilən mütəfəkkir şairdramaturq Hüseyn Cavidin Ana dramına teatrın baş rejissoru Elşad Əhmədov quruluş verir. Quruluşçu rəssam Mehdi Hüseynovdur. Rolları Əməkdar artist Rahilə Məmmədova, aktyorlar Murad Meyfəliyev, Emil Salmanov, Nailə Əhmədova, Elmir Məmmədov, Məhəmməd Musayev, Əlizamin Abbasov ifa edirlər.

Teatrda həmçinin Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin Danışan gəlincik musiqili-nağıl tamaşası üzərində yaradıcılıq işinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Mehdi Hüseynovdur.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.4.