Arşın mal alanı Tatarıstanda çox seviblər

 

Oktyabrın 28-də Tatarıstan Respublikasının (Rusiya Federasiyası) Almetyevsk şəhərində Adımnar kompleksinin səhnəsində Üzeyir Hacıbəylinin Arşın mal alan musiqili komediyası nümayiş etdiriləcək. Tamaşa rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi Mixail Borisovun quruluşunda göstəriləcək.

Bu barədə Tatarıstanın Leninoqorsk rayonundakı Birlik Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatı məlumat yayıb.

Belə bir tamaşa hazırlamaq ideyası mərhum Mixail Borisovun yetirmələri olan Sozvezdiye-Yoldızlık art-rezidensiyanın artistlərinə məxsusdur.

Sozvezdiye-Yoldızlık festivalının baş prodüseri, art-rezidensiyanın rəhbəri Dmitri Tumanov deyib: Biz fəxr edirik ki, bu gənclər təhsili başa vurandan sonra vətənə qayıdıblar öz respublikalarının firavanlaşmasına xidmət edirlər. Mixail Borisov özü onlara həmişə deyirdi: Sizi həmişə qiymətləndirəcək sevəcək insanların yanına qayıdın. Gənclər bu dəstəyi, bu sevgini hiss edirlər, ona görə belə təşəbbüskarlıq göstərirlər.

Qeyd olunub ki, art-rezidensiyanın artistləri Üzeyir Hacıbəylinin bu məşhur əsərinin qəhrəmanlarını kazanlı tamaşaçılara sevdiriblər indi həmin tamaşanı Rusiyanın başqa şəhərlərində nümayiş etdirirlər.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.8.