Fortepiano əsərlərinin ən yaxşı ifası

 

 

Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində müsabiqə elan edib

 

 

Azərbaycan Bəstəkarlar İttifaqı mədəniyyətimizin böyük hamisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə, 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində bəstəkar, Xalq artisti, professor Azər DadaşovunFortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.

İttifaqdan bildirilib ki, 2023-cü il aprelin 24-25-də Bakıda keçiriləcək ifaçılıq müsabiqəsi 2 mərhələdən ibarətdir.

Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən (“Çiçəkçin” (7 rəqs), “6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, lirik pyeslər) birinin ifası daxildir. İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni, bütöv, yaxud müəyyən hissələri ifa edə bilərlər.

İkinci mərhələ üzrə ifa proqramına A.Dadaşovun ümummilli lider Heydər Əliyevə həsr olunmuş Fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.

Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. Müsabiqədə iştirak etmək istəyənlər 2023-cü il aprelin 1-dək müvafiq sənədləri Azərbaycan Bəstəkarlar İttifaqına (əlaqə: (012) 598 08 86) təqdim edə bilərlər.

Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nunSülh artisti”, professor Firəngiz Əlizadədir.

Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq. Birinci yer üçün 1000 manatbirinci dərəcəli diplom, ikinci yer üçün 750 manatikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manatüçüncü dərəcəli diplom nəzərdə tutulur.

 

Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.

Müsabiqənin bütün iştirakçılarına sertifikat və xatirə medalları veriləcək.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.7.