Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş tədbir

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə oktyabrın 19-da dahi şair, dramaturq Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Səbail rayon MKS-nin direktoru, Əməkdar mədəniyyət işçisi Nüşabə Ələkbərova, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova, Hüseyn Cavidin Ev-Muzeyinin direktor müavini Lalə Əliyeva, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Cavid yaradıcılığının tədqiqatçısı Rasim Nəbioğlu, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfli və başqaları iştirak ediblər.

Tədbirdə Hüseyn Cavidin ədəbiyyatımızın ən parlaq simalarından olduğu, onun sənətinin bütün zamanlar üçün əbədiyaşarlığı vurğulanıb. Şagirdlərin ifasında “İblis” əsərindən parça təqdim olunub.

Sonda Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının hazırladığı Hüseyn Cavidin əsərlərindən ibarət kitab sərgisi və Azərbaycan Dövlət Teatr Muzeyinin Cavidteatr mövzusunu əks etdirən fotosərgisi təqdim edilib.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.5.