Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” başa çatıb

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Özbəkistanın bir sıra qurumlarının iştirakı ilə Özbəkistanda növbəti “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” başa çatıb.

16-22 oktyabr tarixlərini əhatə edən tədbirlər paytaxt Daşkəndlə yanaşı, Buxara, Nəvai vilayətlərini də əhatə edib.

AMM-dən verilən məlumata görə, Buxara şəhərinin Gənclər Mərkəzində keçirilən tədbirdə Azərbaycandan gələn qonaqlar, rəsmilər, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, tələbələr və media təmsilçiləri iştirak ediblər.

Buxara şəhər hakimi Jamol Nasirov şəhərdə ilk dəfə təşkil olunan “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin iki ölkə arasında dostluq, mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə bildirib.

Daşkənddəki AMM-in direktoru Samir Abbasov ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər haqqında danışaraq dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O, layihə çərçivəsində Buxara sakinlərinə milli mədəniyyətimiz, musiqimiz, rəqs, rəsm sənətimiz, musiqi alətləri, milli libaslarımızın təqdim ediləcəyini, kitabxanalarayerli diaspor təşkilatına Azərbaycana dair nəşrlərin hədiyyə olunacağını bildirib. O, bu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şuşa İli" elan olunduğunubu istiqamətdə Özbəkistanda keçirilən tədbirlər və layihələr barədə danışıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. O, xalqlarımızın dost, qardaş olduğunu vurğulayaraq, belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Türk dünyası arasında həmrəylik haqqında danışan Qənirə Paşayeva Azərbaycanın Qarabağdakı Zəfəri və Vətən müharibəsində Türk respublikalarının haqq işimizə göstərdikləri dəstəyi minnətdarlıqla yada salıb.

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. Azərbaycanın Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova tarzən, Səmərqənddə keçirilənŞərq təranələribeynəlxalq musiqi festivalının Qran-pri mükafatçısı, Əməkdar artist Sahib Paşazadə musiqilərimizi səsləndiriblər. AMM-in nəzdində fəaliyyət göstərən Kövkəb Əliyeva adınaAzərbaycan qızları" rəqs ansamblı isə milli rəqslərimizi ifa edib.

Tədbirdə Azərbaycan Özbəkistanın milli geyimlərindən ibarət kolleksiya da nümayiş etdirilib. Geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb.

 

***

 

Azərbaycan mədəniyyəti ədəbiyyatı günləritədbirləri Özbəkistanın Nəvai vilayətində keçirilib. Nəvai şəhərininFərhadmədəniyyət sarayında keçirilən açılış mərasimində vilayət hakimiyyətinin rəsmiləri, elm, mədəniyyət, təhsil sahəsi üzrə nümayəndələr Azərbaycan nümayəndə heyəti digər qonaqlar iştirak ediblər.

Nəvai vilayət rəhbərinin müavini Sədullo Mirzoyev tədbir iştirakçılarını salamlayaraq Özbəkistan-Azərbaycan arasında günü-gündən yüksələn münasibətlər, ölkə başçıları arasında keçirilən faydalı görüşlər haqqında danışıb. O, Nəvaidə ilk dəfə təşkil olunanAzərbaycan mədəniyyəti ədəbiyyatı günləri”nin böyük mədəni hadisə olduğunu vurğulayıb.

AMM-in direktoru Samir Abbasov Azərbaycan özbək xalqları arasında əlaqələrin daim yüksək səviyyədə olduğunu qeyd edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dövlətimizin Özbəkistanla əməkdaşlığa mühüm önəm verdiyini, dərin tarixi ortaq köklərə, xalqlarımız arasında dil, din, mədəniyyət yaxınlığını xüsusi vurğulayıb. Millət vəkili mədəniyyət ədəbiyyat sahəsində əlaqələrimiz haqqında danışarkən şair yazıçılarımızın dostluq yaradıcılıq münasibətlərini qeyd edib.

Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Sahib Paşazadə Azərbaycan qızları" rəqs ansamblının çıxışları alqışlarla qarşılanıb. Azərbaycan Özbəkistanın milli geyimləriQarabağ şikəstə”sinin sədaları altında Nəvai Dövlət Universitetinin tələbə qızları tərəfindən nümayiş etdirilib. Azərbaycan milli geyimləri arasındaXarıbülbülkompozisiyası xüsusi maraq doğurub.

Özbəkistanda keçirilənAzərbaycan mədəniyyəti ədəbiyyatı günlərioktyabrın 22-də baş çatıb.

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.1;8.