Lənkəran teatrında gənc aktyorlar üçün ustad dərsləri

16-20 oktyabr tarixində Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün ustad dərsləri təşkil edilib.

Mədəniyyət Nazirliyinin Öyrədərək öyrənirəm layihəsi çərçivəsində Stanislavski sisteminin psixofizik etapları mövzusunda gerçəkləşən beşgünlük məşğələləri Boris Şukin adına Moskva Teatr Akademiyasının məzunu, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Eyvazlı aparıb.

Məşğələlərin sonuncu günündə yekun imtahan proqramı zamanı gənc aktyorlar A.P.Çexovun Təklif vodevilində təxmin edilmiş vəziyyətlərdə obrazla etüdləri nümayiş etdiriblər.

Abdulla Eyvazlı gənc aktyorlardan razı qaldığını bildirərək, yaradılmış şəraitə görə Mədəniyyət Nazirliyinə və teatrın rəhbərliyinə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Öyrədərək öyrənirəm layihəsi üzrə ustad dərslərinin digər bölgə teatrlarında da davam etdirilməsi nəzərdə tutulub

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.4.