Vaşinqtonda Hüseyn Cavidin barelyefinin açılışı olub

 

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə xatirə barelyefinin açılışı olub.

Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu barelyef Vaşinqton şəhərinin  Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının fasadına vurulub. Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycanın ABŞ-dakı Səfirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.

Açılış mərasimində ABŞ-Azərbaycan Ticarət Palatası Direktorlar Şurasının sədri Reza Vəziri, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim çıxış ediblər. Xəzər İbrahim böyük ədibin irsinin Azərbaycan ədəbiyyatında yeri, Hüseyn Cavidin azadlıq idealları uğrunda apardığı mübarizə yolu barədə danışıb.

Mərasimdə Vaşinqton şəhəriKolumbiya federal dairəsinin meri xanım Mariel Bauserin (Muriel Bowser) 2022-ci il oktyabrın 24-nü “Hüseyn Cavidin anım günüelan etməsi barədə bəyanatının mətni oxunub. Bəyanatda vurğulanır ki, Azərbaycan şairi Hüseyn Cavidin azad ədalətli dünya idealları, onun ədalətsizlik ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə çağdaş dünyamızda aktual olaraq qalmaqdadır.

Tədbirdə layihənin ərsəyə gəlməsində, eyni zamanda ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyətinə verdikləri dəstəyə görə bir neçə nəfərə Hüseyn Cavidin barelyefi əks olunan xatirə lövhələri hədiyyə edilib.

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.1;2.