Ölkəmiz Asiya Hekayəçilik Komitəsinə daimi üzv olub

 

21-22 oktyabr tarixlərində Koreya Respublikasının Kvanju şəhərində Asiya Hekayəçilik Komitəsinin 14-cü iclası keçirilib.

Asiya Mədəniyyət Mərkəzinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Marifli komitə iclasında müşahidəçi qismində iştirak edib.

İclasda komitənin son bir il ərzində fəaliyyətinə dair hesabat dinlənilib, gələcək fəaliyyətlə bağlı müzakirələr aparılıb. İclasda Azərbaycan komitənin daimi üzvü seçilib.

Qeyd edək ki, Asiya Hekayəçilik Komitəsi Koreya Respublikası Mədəniyyət, İdmanTurizm Nazirliyinin nəzdindəki Asiya Mədəniyyət Mərkəzinin vasitəçiliyi ilə 2009-cu ildə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) aidiyyəti nazirlikləri ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Asiya Mədəniyyət Mərkəzi fəaliyyətini Asiya mədəniyyəti ilə bağlı mübadilə, təhsil, tədqiqat və digər istiqamətlər üzrə həyata keçirir.

 

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.3.