Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib. Yığıncaqda Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA Rəyasət Heyətinin üzvləri, akademiyanın həqiqi müxbir üzvləri iştirak ediblər.

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Ümumi yığıncağın müzakirəsinə çıxarılan ilk məsələ AMEA-nın yeni Nizamnamə layihəsinin təsdiq edilməsi haqqında olub.

Akademik Arif Həşimov xatırladıb ki, Prezident İlham Əliyevin УAzərbaycan Respublikasında elm təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqındaФ 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən həyata keçirilən əsaslı struktur dəyişikliyi ilə əlaqədar AMEA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.

Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın yeni Nizamnamə layihəsini təqdim edib. Bildirib ki, yeni Nizamnamə akademiyanın işininelmi fəaliyyətinin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində akademiyanın strukturu, vəzifələri və hüquqları, akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib.

Açıq səsvermə ilə AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib.

Ümumi yığıncağın gündəliyindəki növbəti məsələ AMEA-nın prezidenti vəzifəsinə seçki ilə bağlı olub. Arif Həşimov bu vəzifəyə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib.

Akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər.

Sonra gizli səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin iyulun 28-də imzaladığı sərəncamla AMEA-nın Fizika-RiyaziyyatTexnika Elmləri, Kimya Elmləri, Yer Elmləri, BiologiyaTibb Elmləri bölmələri, habelə Naxçıvan və Gəncə bölmələri üzrə ümumilikdə 37 müəssisə Ц institutlar, elmi istehsalat birlikləri və s. yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Sentyabrın 30-da Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq AMEA-nın yeni strukturunda əsasən humanitar elm sahələrini əhatə edən 22 müəssisə var.

 

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.3.