UNESCO-da Qarabağın mədəni irsinə dair məruzə və kitabın təqdimatı

 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmişŞuşa İli” çərçivəsində silsilə tədbirlər ölkəmizdən kənarda da davam edir. Oktyabrın 21-də “Şuşa İli” çərçivəsində Parisdə, UNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” adlı konfrans keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) dəstəyi ilə professor Eldar Nadiradzenin rəhbərliyi altında tərtib edilən “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı kitab-albom da təqdim edilib. Beş dildə (Azərbaycan, rus, ingilis, fransız, ərəb) nəşr olunan kitab Qarabağ xanlığının tarixi-mədəni irsini əks etdirən dəyərli faktlarla zəngindir.

Konfransda Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, ölkəmizin UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev, Gürcüstan Milli Muzeyinin direktoru, professor David Lordkipanidze, “Qarabağ xanlığı” kitabının həmmüəlliflər qrupunun rəhbəri Eldar Nadiradze, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pomiyer Vinçelli, fransız jurnalist Jan-Mişel Brun çıxış ediblər.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Səbuhi Əhmədovun “Gürcüstan Milli Muzeyinin eksponatları Qarabağın Azərbaycan etno-mədəni irsinin öyrənilməsində mənbə kimi” adlı məruzəsi dinlənilib.

Məruzədə 1903-1912-ci illərdə Qarabağda toplanano vaxt çar Rusiyasının Qafqazdakı idarəçiliyinin mərkəzi olan Tiflis şəhərindəki arxivlərə yığılan, hazırda Gürcüstan Milli Muzeyində saxlanılan eksponatların elmi-mədəni əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, həmin dövrdə Tiflisdəki Qafqaz Muzeyi üçün toplanan etnoqrafik eksponatlar birmənalı olaraq Qarabağda uzun əsrlər boyu Azərbaycan mədəniyyətinin üstün mövqeyini və dərin tarixi köklərini sübuta yetirir. Kolleksiyada olan geyimlər, silahlar, mis qablar, zərgərlik məmulatları, xalçalars. Azərbaycan xalqının milli-mədəni irsinin vacib tərkib hissəsidir.

KonfransdaQarabağ xanlığı: tarixi və mədəni kimlikkitab-albomu da maraqla qarşılanıb. Qeyd edək ki, nəşrdə çar Rusiyası dövründə Qarabağda həyata keçirilən hərbi və elmi ekspedisiyalar zamanı toplanan 300-dən çox artefaktın fotoları təqdim olunur.

Tbilisi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Dimitri Şvelidze kitaba yazdığı ön sözdə diqqətə çatdırır ki, hazırkı Gürcüstan Milli Muzeyinin əsası 1852-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi tərəfindən qoyulubo, 1867-ci ildə Qafqaz Muzeyinə çevrilib. Hazırda muzeydə yer alan kolleksiyaların toplanmasında 1875, 1905 və 1912-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində aparılan ekspedisiyaların böyük əhəmiyyəti olub.

Ən maraqlı məsələlərdən biriodur ki, bu artefaktlar Gürcüstan Milli Muzeyinin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və bir əsrdən artıq müddətdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb, ilk dəfə nəşr olunub. Bu artefaktların tarixi və mədəni əhəmiyyəti Qarabağın Azərbaycan kimliyini maddi faktlarla sübuta yetirir.

Nəşrdə Gürcüstan Milli Muzeyinin fondunda saxlanılan Qarabağ xanlığının bayrağı,  Qarabağ xanları sülaləsi tərəfindən qorunmuş Şah İsmayılın qalxanı, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini əks etdirən fotolar da xüsusi maraq doğurur.

 

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.1;3.