Azadlıq nəğməkarının 130 illiyi münasibətilə

 

Xaçmaz RMİ Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illiyi münasibətilə Azadlıq nəğməkarı adlı tədbir keçirilib. Muzeyin direktoru Pakizə Mehdiyeva şairin Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində yerindən danışıb. Sonra Ə.Cavadın həyat və yaradıcılığına dair videoçarxlar nümayiş olunub, məktəblilər şeirlər və mahnılar səsləndirib, bədii kompozisiya nümayiş etdirilib.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Əhməd Cavadın 130 illiyi ilə əlaqədar rəsm və kitab sərgisi keçirilib.

Sabirabad RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Əhməd Cavadın 130 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. Şairin həyat və sənət yolu barədə məlumat verilib, şeirləri səsləndirilib.

Şəmkir RMİ Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Şəmkir rayon C.Rüstəmov adına tam orta məktəbin şagirdləri Ə.Cavadın şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.4.