Muğamın beşiyi Şuşa

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Muğamın beşiyi Şuşa adlı ədəbi-musiqili gecə keçirilib.

Məktəbin tar ixtisası üzrə müəllimi Nurlan Cəfərli Şuşanın yaradıcı mühiti barədə məlumat verib. O, Şuşa musiqi məktəbi və məclislərindən, xanəndələrin yaradıcılığından, Şuşadan olan adlı-sanlı, nüfuzlu, mədəniyyət tariximizdə iz qoyan Hacıbəyli, Bədəlbəyli, Əmirov, Adıgözəlov soyları, Şuşanın Azərbaycan xalqına bəxş etdiyi böyük sənətkarlar barədə danışıb.

Ədəbi-musiqili gecədə məktəbin şagird və müəllimlərinin ifasında müxtəlif musiqi nömrələri səslənib.

Sonda məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli çıxış edərək tədbirin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.3.