Torpağı Vətən edənlər

 

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Sabirabad rayon Mədəniyyət Mərkəzinin Muğan Gəncəli kənd Mədəniyyət evində 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” Studiyasında çəkilən, qəhrəmanın şərəfli ömür yolundan bəhs edən “Komandirfilmi nümayiş olunub.

Şirvan şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin ikinci ildönümü münasibətilə “Azərbaycan tarixinin Zəfər salnaməsi” adlı tədbir keçirilib. Şirvan şəhər N.Quliyev adına 9 saylı tam orta məktəbin şagirdləri bədii kompozisiya ilə çıxış ediblər.

Saatlı rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Anar Məmmədova həsr olunmuş “Mən komandirəmsə...” sənədli filminin təqdimatı keçirilib. Film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin köməkliyi ilə ərsəyə gəlib.

***

Şəki RMİ Oğuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhər Həbib Babayev adına 1 saylı tam orta məktəbin X sinfində işğaldan azad olunan Zəngilan rayonu ilə əlaqədar informasiya saatı keçiriblər.

***

Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov Lənkəranın Gərmətük qəsəbəsində dünyaya göz açmış Vətən müharibəsi şəhidi Emil Şıxəlizadənin ailəsinə baş çəkib.

Lənkəranın Boladı kəndində Vətən müharibəsinin şəhid mayoru Aqşin İbadovun yaşadığı ata ocağında xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzeyin açılışı olub. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qaziveteranlar iştirak ediblər.

Ürgə kəndində isə Vətən müharibəsi şəhidləri Araz İbadlı və Zabil İbadzadənin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

***

Ağdaş RMİ Ucar rayon MKS-nin əməkdaşları Vətən müharibəsi şəhidi Hikmət İbrahimovun anım günü ilə əlaqədar ailəsini və məzarını ziyarət ediblər.

Göyçay rayonunun Çaxırlı kəndində Vətən müharibəsi şəhidi Sənan Məmmədovun xatirəsinə inşa olunan bulaq kompleksi açılıb. Sənan Məmmədov 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı oktyabrın 21-də Xocavənd istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

***

Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində Vətən müharibəsi şəhidi Vüqar Vəliyevin xatirəsi anılıb. Bildirilib ki, Ağdam rayonunun Rzalar kəndində anadan olan Vüqar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllim işləməyə başlayıb. Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlib.

***

Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Qubadlıya dönən yol” adlı tədbir keçirilib. Şagirdlərin ifasında Vətənimizə, Zəfərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Qazax Dövlət Rəsm Qalereyasında dərnək üzvü Ruhin Xasməmmədovun “Qarabağ Azərbaycandır!” adlı fərdi rəsm sərgisi keçirilib. Sərgidə rəssamın 30-a yaxın əsəri nümayiş olunub.

Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuşTarix yazan qəhrəmanlar” mövzusunda tədbir təşkil olunub.

***

Bərdə RMİ Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin kollektivi tərəfindən Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin anım günü ilə əlaqədar Bərdə Şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, şagirdlər X.Yusifzadəyə həsr olunmuş kompozisiya səsləndiriblər.

Bərdə rayon Güloğlular kəndində Vətən müharibəsi şəhidi Baloğlan Nağıyevin xatirəsinə inşa olunan bulağın açılışı olub. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Bərdə RMİ-nin rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

***

Kürdəmir RMİ Beyləqan rayon MKS-nin Mil qəsəbə kitabxanası, Diyarşünaslıq eviİlham Quliyev adına Mil qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə Qubadlının işğaldan azad olunmasının ildönümünə həsr olunmuş “Qayıdışın mübarək, Qubadlı!” adlı tədbir keçirilib.

***

Sumqayıt RMİ Abşeron rayon Qobu qəsəbə Sənətkarlıq evində Vətən müharibəsi şəhidi Gülverdi Qasımova həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidin həyat yolunu əks etdirən sərgiyə baxış olub. İdarənin rəisi Rəşad Əliyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxilixarici siyasəti, müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi tarixə qızıl hərflərlə yazılıb. Sonra tədbir bədii hissə ilə davam edib.

RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Vətən müharibəsi şəhidi İlkin İsgəndərovun anım mərasimi təşkil edilib. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə rayonMahmudlu kənd mədəniyyət evlərinin hazırladığı kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib.

***

Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzi şəhər MKS-nin 16 nömrəli kitabxana filialı ilə birlikdə “Qələbəmizin carçıları” mövzusunda tədbir keçirib. Göygöl rayon 8 Mart ümumi orta məktəbinin şagirdləri bədii kompozisiya ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.4.