Türküstanda Qutluq Kağan abidə kompleksi ilə bağlı sərgi
açılıb
“Türk dünyasının ruhani paytaxtı” adını alan Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyasının (BTA) Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutu ilə birgə apardığı qazıntılar nəticəsində tapılan Qutluq Kağan abidə kompleksi və kitabəsinin beynəlxalq təqdimat mərasimi keçirilib. Bu münasibətlə Türküstanda keçirilən “Abidələri qoruyan millət” mövzulu beynəlxalq konfrans çərçivəsində fotosərgi açılıb.
BTA-nın vitse-prezidenti Füzuli Məcidli Monqolustanın Nomqon düzündə aparılan arxeoloji qazıntı zamanı aşkar edilən Qutluq Kağan abidə kompleksi haqqında məlumat verib.
Konfransın qonaqları – UNESCO-nun Almatı Klaster Ofisi rəhbərinin müavini
Maqnus Maqnusson, TÜRKSOY-un Baş katibi Sultan Raev,
İslam Tarixi, İncəsənəti
və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru Mahmud Erol
Kılıç və digər iştirakçılar sərgiyə
böyük maraq
göstərib, qiymətli tapıntı ilə
bağlı fikirlərini bölüşüblər.
Mədəniyyət.- 2022.- 28 oktyabr.-
S.2.