Nazim Hikmətin 120 illiyinə həsr olunmuş elmi konfrans

 

Oktyabrın 26-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli türk şairi Nazim Hikmətin (1902-1963) 120 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, Misirİraqdan alimlər qatılıblar.

Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva tədbiri açaraq XX əsr dünya ədəbiyyatının böyük simalarından Nazim Hikmətin təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərdiyini deyib, şairin həyat və  yaradıcılıq yolunun Azərbaycanla bağlı məqamlarına diqqət yetirib.

Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, dosent Səriyyə GündoğduÇağdaş türk ədəbiyyatı və Nazim Hikmət” mövzusunda məruzə edib. Məruzəçi şairin əsərlərini fars dilinə tərcümələrindən, onunla bağlı elmi tədqiqatlardan söz açıb, həmçinin ərəb şairlərinin Nazim Hikmətdən bəhrələnməsindən bəhs edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Əflatun Baxşəliyev “Nazim Hikmət və Səməd Vurğun”, Şərqşünaslıq İnstitutunun əməkdaşları dosent Barat OsmanovaNazim Hikmət və onun haqqında ilk tədqiqatlar”, Ülkər Səmədova “Dünya ədəbiyyatında Nazim Hikmət izləri”, Xanım AbdullayevaNazim Hikmət şeirlərində milli şüurmövzusunda məruzə ediblər.

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.5.