“Nar bağıfilmi İsveçrədə festivalda

 

İsveçrənin Bazel şəhərində keçirilən XVI “Cinema Querfeldfestivalında Azərbaycan rejissoru İlqar Nəcəfin “Nar bağıtammetrajlı bədii filmi təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Azərbaycanın DostlarıBirliyinin təşkilatçılığı ilə nümayiş etdirilən ekran əsəri isveçrəli izləyicilərdə maraq doğurub. Birlik filmin alman dilində altyazısını xüsusi olaraq bu festival üçün hazırlayıb.

Qeyd edək ki, İsveçrədəki müxtəlif diaspor təşkilatlarının iştirakı ilə gerçəkləşən ənənəvi  festivalda filmlər çəkildiyi dildə almanca altyazı ilə tamaşaçılara təqdim olunur.

“Nar bağıfilminin təqdimatı çərçivəsində İsveçrədə yaşayan rəqqasə Mariya Xan XoyskayaSarı gəlinAzərbaycan xalq mahnısını ifa edib. Onu isveçrəli musiqiçi Yvette Baum müşayiət edib.

Azərbaycanın DostlarıBirliyinin sədri Arzu ƏliyevaBodmer bildirib ki, təşkilat 2014-cü ildən etibarən hər il “Cinema Querfeldfestivalında iştirak edir Azərbaycan filmlərini isveçrəlilərə təqdim etməkdən qürur duyur.

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.2.