Nizami Gəncəvi Vəqfinin bir yaşı tamam oldu

 

Rəfi Qurbanov: “Dahi şairin zəngin irsi ilə yanaşı, Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, Nizami yurdu Gəncəni beynəlxalq aləmdə təbliğ etmək əsas məramımızdır

 

Vəqf mədəniyyəti könüllü bir hərəkat olmaqla yanaşı, vicdan mərhəmətə, xeyriyyəyə əsaslanır, fikirdə işdə birlik prinsipi ilə formalaşır. Bu fondlar insanın insana fayda verməsinə dəstək üçün yaradılıb. Yaş, cins, dil, mədəniyyət fərqli ola bilər, nəticə olaraq hamımız insanıq. Bu prizmadan baxdıqda vəqflərin fəaliyyəti təkcə sosial yönlü deyil, həm davamlılığın ifadəsidir.

Müasir dövrdə vəqflər mövcuddur onların fəaliyyət istiqamətləri genişdir. Qardaş Türkiyədə hazırda vəqf sistemi daha geniş spektri əhatə edir, çoxəsrlik ənənələr yaşadılır. Bəlkə kimlərsə bu fəaliyyəti sıradan bir hesab edə bilər, amma əcdadlarımızdan bizə əmanət qalan xeyriyyə işlərinə verdiyimiz dəstəyin mənəvi dəyəri çox yüksəkdir. Azərbaycancanda da tarixən müxtəlif vəqflər olub, onların fəaliyyəti həmin dövrə dair sənədlərdə əksini tapıb.

2021-ci ildə ölkəmizdə Nizami Gəncəvi Vəqfi fəaliyyətə başlayıb. Qurum dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin (1141-1209) anadan olmasının 880 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun sonunda qəbul edilmiş Birgə Kommunikedən irəli gələrək yaradılıb.

Bəs, yeni yaradılan vəqfin əsas məqsəd məramı nədən ibarətdir? Meyarları hədəfləri nələrdir? Bu suallarla Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanova müraciət etdik.

Məlum olduğu kimi, Orta əsrlər mədəniyyətinin böyük simalarından olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı onun öz zamanından üzübəri həmişə diqqət mərkəzində olub, araşdırılıb, əsərlərinin üzü köçürülüb. Mütəfəkkir şairin zəngin irsi bu gün nəinki respublikamızda, bir sıra ölkələrdə araşdırılır, müxtəlif dillərə tərcümə edilərək çap olunur. Son illər Azərbaycan alimlərinin Nizami yaradıcılığını yeni aspektdə tədqiq etmələri, əsərlərinin ana dilimizdə yeni redaktədə nəşri s. ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu məqsədlə atılan addımlardan biri 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmişNizami İli”ndə keçirilən I Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Nizami Gəncəvi Vəqfinin təsis edilməsi oldu. Yeni qurduğumuz vəqf vaxtilə mövcud olmuş Şeyx Nizami Vəqfinin varisidir.

Tarixi qaynaqlarda qeyd etdiyiniz Şeyx Nizami Vəqfi haqqında hansı məlumatlara rast gəlinir?

Şeyx Nizami Vəqfi ilə bağlı ilk məlumat 1595-ci ildə tərtib edilmişGəncə-Qarabağ vilayətinin ərazi icmal dəftəri”ndə yer alıb. Həmin icmal dəftərinin 277-ci səhifəsində Nizami vəqfindən bəhs edilir. Bu dəftər şair əbədiyyətə qovuşandan sonra xatirəsinin əziz tutulduğunu təsdiq edən sənədlərdən biridir. Dəftərdə ayrıca vəqfin gəlir qaynaqları da göstərilib. Bundan əlavə, Azərbaycan ictimaiyyətinə vəqf haqqında ilk məlumatlar akademiklər Həmid Araslı Ziya Bünyadov tərəfindən 80-ci illərdəƏdəbiyyat incəsənətqəzetində dərc edilmiş məqalələr vasitəsilə verilib. Bu məqalələr bizim vəqfin rəsmi saytında da yerləşdirilib. Sovet dövründə yazılan bu məqalələr Nizami vəqfinə aid sənədin xüsusi bir araşdırma obyekti olduğunu göstərir.

Şeyx Nizami Vəqfinin kim tərəfindən təsis edildiyi məlumdurmu?

Təəssüf ki, vəqfin neçənci əsrdə kim tərəfindən təsis edildiyi məlum deyil. Çünki yaradılması haqqında, yəni təsis sənədi ilə bağlı məlumatların olmaması vəqfin idarəetmə forması, vəqf edilən malların növü ölçüləri s. kimi ortaya çıxan suallara cavab almaq qeyri-mümkündür. Lakin əldə olunan məlumatlardan aydın olur ki, Gəncə şəhərində İmamzadənin (Göyimam) vəqfləri var idi. İmamzadə Gəncə qalasının içərisində, Nizami məqbərəsi isə kənarda yerləşib. Nizami zaviyyəsinin (hücrə, guşə – red.) 12 ədəd vəqf edilmiş mülkü olub. Bu, həmin dövrlərdə Gəncə-Qarabağ vilayətində ən böyük vəqf hesab edilirdi. Vəqfin illik gəlirləri mədrəsələr, türbələr yaxud digər binaların tikilməsində sərf olunurdu.

Nizami Gəncəvi Vəqfinin məqsəd məramı nədən ibarətdir?

Vəqfin məqsədi Nizami Gəncəvinin irsinə sahib çıxmaqla Orta əsrlərdə Gəncə-Qarabağ bölgəsində fəaliyyət göstərmiş Şeyx Nizami Vəqfinin mənəvi varisi kimi bu irsi təbliğ etmək, eyni zamanda ümumbəşəri dəyərləri, sülh ədaləti tərənnüm edən dahi mütəfəkkirin ideyalarını yaşadaraq Azərbaycan mədəniyyətinin beynəlxalq arenada təbliğinə töhfə verməkdir. Eyni zamanda Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, ədəbiyyatını, incəsənətini adət-ənənələrini, xüsusilə Azərbaycanın qədim şəhəri Gəncəni beynəlxalq auditoriyada geniş təbliğ etmək əsas məramımızdır. Biz həm Nizami Gəncəvinin ədəbi irsini tədqiq edən nüfuzlu beynəlxalq yerli nizamişünas alimlərin bilik mübadiləsini təşviq etmək, eləcə bu sahədə yeni tədqiqatların aparılmasına töhfə vermək, bu irsi tədqiq edən alimlər üçün Azərbaycanı beynəlxalq əməkdaşlıq platforması kontekstində bir mərkəz halına gətirməkdir.

Vəqfimiz eyni zamanda müxtəlif regional beynəlxalq səviyyəli, dövlət qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində elmi mədəni layihələrə dəstək vermək, nəticələri nəşrlər digər vasitələrlə dünya ictimaiyyəti ilə bölüşərək fərqli mədəniyyətlər arasında körpü yaratmaq niyyətini qarşıya məqsəd qoyub. Bu məqsədlə vəqfin Beynəlxalq Ekspertlər Şəbəkəsi yaradılıb.

– Bu şəbəkə hansı prinsiplər əsasında fəaliyyət göstərəcək?

Beynəlxalq Ekspertlər Şəbəkəsi vəqfin məqsəd vəzifələrinə uyğun olaraq müvafiq sahələr üzrə ixtisaslaşmış nüfuzlu yerli xarici ölkələrdən elm adamlarını, ekspertləri mütəxəssisləri könüllü əsaslarla birləşdirən əməkdaşlıq platformasıdır. Burada bizim təşəbbüsümüz dəstəyimizlə həyata keçirilən layihələr üzrə müvafiq mövzu seçiminin, konsepsiya proqramların formalaşdırılmasında məsləhətləşmələrin aparılması, müəyyən sahələr üzrə ixtisaslaşmış yerli beynəlxalq təşkilat, dövlət qurumları, elmi dairələr fərdi ekspertlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına dəstəyin göstərilməsi nəzərdə tutulur.

QurumunGənclər konsepsiya”sı nəyə xidmət edir?

Nizami Gəncəvi irsini rəhbər tutaraq universal dəyərləri təşviq etmək gənclər üçün əlverişli sosial mühit yaratmaq məqsədiləKəşf et, ünsiyyət qur, inkişaf et!” şüarı ilə vəqfinGənclər konsepsiyasıda hazırlanıb. Vəqfin gənclərlə bağlı fəaliyyətində onların dünyagörüşünün formalaşmasına, sosial məsuliyyət hissininkomanda daxili əməkdaşlıq vərdişlərinin aşılanmasına xüsusi önəm verilir.

– Hansısa qurumla əməkdaşlıq əlaqələri yarada bilmisinizmi?

– Bəli, bu gün vəqfimiz yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Tərəfdaşlar sırasında Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Yunus Əmrə İnstitutu, yerlixarici universitetlər və s. var. Biz bu əməkdaşlıqdan məmnunuq.

– Vəqfin fəaliyyətində uğurlar arzulayırıq.

– Təşəkkür edirəm.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.5.