Almaniya paytaxtında Şuşa rüzgarı

 

Almaniyanın paytaxtı Berlində mədəniyyət paytaxtımız Şuşanın 270 illiyinə həsr olunmuş konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, komitənin dəstəyi və Almaniyada fəaliyyət göstərən “Khari-Bülbül“ Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan konsert Şuşanın qədim, eyni zamanda müasir tarixini, 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizi, həmçinin Diaspor Gənclərinin Üçüncü Yay Düşərgəsini əks etdirən videogörüntülərin nümayişi ilə başlayıb.

Sonra Bakıdan gəlmiş “Ritm” rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri təqdim edilib.

Tədbirin sonunda Almaniya Azərbaycanlıları Alyansının sədr müavini, “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sevda Bədəliori və digərləri çıxış edərək iştirakçılara və qonaqlara minnətdarlıqlarını bildiriblər.

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.8.