Qarabağın məşhur şairələri haqqında kitabın təqdimatı keçirilib

 

 

Bərdə RMİ Bərdə rayon Mədəniyyət Mərkəzində “Qarabağdan doğan Günəş və AyXurşidbanu Natəvan və Fatma xanım Kəminə” kitabının təqdimatı keçirilib. Türkiyədə işıq üzü görən kitabın müəllifləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlidir.

Təqdimatda Milli Məclisin deputatları Qənirə Paşayeva, Fatma Yıldırım, şəhid ailələri, qazilər, Bərdə, Tərtər, Yevlax rayonlarından, Mingəçevir şəhərindən olan mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarı önünə gül dəstələri düzüblər.

Sonra Mədəniyyət Mərkəzində davam edən tədbirdə Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova çıxış edərək XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Xurşidbanu Natəvanın zəngin bədii yaradıcılığından söz açıb.

Tədbirdə qeyd olunub ki, nəşrin ilk təqdimatı AnkaradaTÜRKSOY-un qərargahında keçirilib. Ölkəmizdə isə ilk təqdimat Bərdədə reallaşır.

Kitabda Xurşidbanu Natəvan və Fatma xanım Kəminənin  bioqrafiyaları və dünyagörüşləri, eləcə də bədii yaradıcılıqlarından nümunələr əksini tapıb.

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.4.