Nazim Hikmətin 120 illiyi münasibətilə

 

 

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən keçiriləcək “Nazim Hikmət – 120” adlı respublika elmi konfransına tezis qəbul edilir.

İnstitutdan bildirilib ki, bu ilin oktyabrında keçiriləcək elmi konfrans türk ədəbiyyatının görkəmli nümayəndəsi və türk sərbəst şeirinin yaradıcısı, şair, yazıçı-dramaturq Nazim Hikmətin (1902-1963) anadan olmasının 120 illiyinə həsr edilib. KonfransNazim Hikmət dövründə türk ədəbiyyatı”, “Nazim Hikmət və Azərbaycan”, “Nazim Hikmət yaradıcılığının təsir dairəsi”, “Nazim Hikmət fikir və sənət aləmində” mövzularını əhatə edir.

İştirak etmək istəyənlər tezislərini 2022-ci il oktyabrın 1-dək nazim.hikmet120@mail.ru elektron ünvanına göndərməlidir. Tezislər Azərbaycan, türk, rus, ingilis dillərində qəbul olunur.

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.5.