Kitab sənəti”nin mükafatları təqdim edilib

 

2-5 sentyabr tarixində 35-ci Moskva Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi çərçivəsində MDB ölkələri arasında 19-cu beynəlxalq “Kitab sənəti” müsabiqəsinin təltifolunma mərasimi də təşkil edilib. Tədbirdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov iştirak edib.

Xatırladaq ki, MDB İcraiyyə Komitəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Kitab sənəti” müsabiqəsi bu il 24-26 iyun tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutub. Müsabiqədə Azərbaycan kitabları da müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Mərasimdə “Elm və təhsil”, “İllüstrasiya incəsənəti” və “Mənim ölkəm” adlı nominasiyalarda 3 birinci dərəcəli diplom, digər nominasiyalarda 4 ikinci dərəcəli diplom, habelə 3 üçüncü dərəcəli diplomlar Azərbaycan nümayəndəsinə təqdim olunub. İslam Hüseynov çıxış edərək Mədəniyyət Nazirliyi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.8.