“Azərbaycanı ilk dəfə muğamla tanımışam...”

 

 

“Mən Azərbaycanı ilk dəfə muğamla tanımışam. Bakıya 2017-ci ildə gələndə bu qədim diyarın mədəni irsini öyrənmək üçün hətta muğam dərslərinə yazıldım. Bakıda konsert verərkən bir xanım ifaçı ilə muğam oxumağa da cəhd göstərdim...”.

Bu sözləri sentyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində çıxış edən yaponiyalı caz ifaçısı Yamamoto Kyoko deyib.

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30-cu ildönümünə həsr olunmuş konsertGündoğar ölkə”nin Bakıdakı səfirliyi tərəfindən təşkil edilib. İlk gündən Azərbaycan musiqisinə vurulduğunu bildirən yaponiyalı ifaçı Bakı Beynəlxalq Caz Festivalı haqqında məlumatı olduğunu da söyləyib. Qeyd edib ki, builki festivala qatılmasa da, növbəti illərdə iştirak etmək arzusundadır.

Konsert zamanı Yamamoto KyokoSakura”, “Günəş ürəyi”, “Volare” mahnılarını ifa edib. Onun Azərbaycan dilində oxuduğuAy Laçın” və “Sarı gəlin” mahnıları xüsusi alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S1;3.