“Balıqlara xütbə” “Asiya kinosuna pəncərə”də

 

 

Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” filmi Cənubi KoreyadaBusan Beynəlxalq Film Festivalının “Asiya kinosuna pəncərə” bölümündə nümayiş olunacaq.  Festival oktyabrın 5-dən 14-dək davam edəcək.

Busan şəhərində keçirilən ənənəvi festival Asiyanın nüfuzlu film yarışmalarından biridir.

Xatırladaq ki, Hilal Baydarovun yeni filmi avqust ayında 75-ci Lokarno Film Festivalının (İtaliya) əsas müsabiqə proqramında nümayiş olunubmaraqla qarşılanıb.

“Balıqlara xütbə” festivalda jürininXüsusi diqqət” (“Special Mention Pardo Verde WWF”) və gənc münsiflər heyətinin mükafatlarına layiq görülüb.

 “Balıqlara xütbə” filmi Azərbaycan, Meksika, İsveçrə və Türkiyə kinematoqrafçılarının birgə işidir. Filmin ssenari müəllifləri Hilal BaydarovAisu Akcandır. Ekran əsəri müharibələrdə, savaşın ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.8.