Həştərxanda klassik musiqi festivalındaAzərbaycan günü

 

Xəbər verdiyimiz kimi, sentyabrın 2-dən 11-dək Rusiyanın Həştərxan şəhərində “Opera First – 2022” Beynəlxalq Xəzər Klassik İncəsənət Festivalı keçirilib. İkinci dəfə təşkil olunan festivalın konsert proqramlarında Rusiya, Azərbaycan, İran, Türkmənistan Qazaxıstan teatrlarının solistləri iştirak ediblər.

Festival çərçivəsində Xəzəryanı ölkələrin günləri keçirilib. Sentyabrın 9-da “Azərbaycan günüadlı konsert təşkil olunub.

Həştərxan Filarmoniyasının böyük zalında keçirilən konsertin proqramını Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə təqdim edib.

Proqramda Azərbaycan klassikləri Qara Qarayev Fikrət Əmirovun, eləcə ölkənin müasir bəstəkarlarınınFirəngiz Əlizadə, Azər Dadaşov, Cəlal Abbasov, Tural Məmmədlinin əsərləri yer alıb.

Əsərləri Ümid Abbasov (skripka), Nəzrin Aslanlı (skripka), Emin Hüseynov (skripka), Rəna Rəhimova (alt), Orxan Hüseynov (violonçel), Zakir Əsədov (fortepiano) ifa ediblər.

Konserti Həştərxanda keçirilən Xəzər mediaforumunda iştirak edən Azərbaycan nümayəndə heyəti, Milli Məclisin üzvləri izləyiblər.

Rusiya Bəstəkarlar İttifaqı Həştərxan şöbəsinin sədri Konstantin Quzenko çıxışındaAzərbaycan günükonsertinin gözləntiləri üstələdiyini vurğulayaraq deyib: “Biz Azərbaycanın peşəkar musiqi sahəsində böyük nailiyyətləri olduğunu həmişə bilirdik. Lakin bu gün dinlədiklərimiz qəlbimizin dərinliyinədək bizi riqqətə gətirdi. Təkcə musiqi yox, Firəngiz Əlizadənin gözəl çıxışı da bizi valeh etdi. O çıxışında dünya səviyyəsində uğur qazanmış Azərbaycan bəstəkarlıq məktəbinin şanlı tarixinə maraqlı ekskurs etdi...”.

Festivalın yekun qala-konsertində Azərbaycanın tanınmış vokalçısı, Əməkdar artist Azər Rzazadə çıxış edib.

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.8.