Tarix Muzeyində XVIII əsrə aid nadir kitab qorunur

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin “Nadir kitablarfondunda müxtəlif dövrləri əhatə edən dəyərli nümunələr qorunur.

Muzeydən bildirilib ki, belə nümunələrdən biri XVIII əsrə aid “Misirlilər, karfagenlilər, assuriyalılar, babillilər, midiyalılar, farslar, makedoniyalılar yunanlar haqqında qədim hekayə” (Sankt-Peterburq, İmperator Elmlər Akademiyası, 1749) adlı nadir nüsxədir. Kitabın müəllifi, fransız yazıçı Şarl Rollen oxuculara bu xalqların qədim tarixini, onların ictimai-iqtisadi vəziyyətini, Misir fironlarının yürüşləri qədim Misir cəmiyyətinin etnoqrafik təsvirini geniş şəkildə təqdim edir.

Sankt-Peterburqda nəşr olunan kitab fransız dilindən Vasili Trediakovski tərəfindən rus dilinə tərcümə edilib.

 

 

Mədəniyyət.- 2022.- 16 sentyabr.- S.6.