Mədəniyyət müəssisələrindən Ordumuza dəstək

 

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü əsasında nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 18 sentyabrMilli Musiqi Günündə Azərbaycan Ordusuna dəstək məqsədilə saat 12:00-da müəssisə kollektivlərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təşəbbüsün əsas məqsədi ölkəmizin ən ali və əzəmətli musiqisininÜzeyir Hacıbəylinin bəstəkarı olduğu Azərbaycan Dövlət Himninin sədaları ilə Vətənimizin keşiyində duran Silahlı Qüvvələrimizə, qəhrəman əsgər və zabitlərimizə dəstək nümayiş etdirməkdir.

Paytaxt Bakıda, eləcə də Gəncə, Mingəçevir, Lənkəran və digər şəhər və rayonlarda mədəniyyət müəssisələri və təşkilatlar sözügedən layihədə fəal iştirak edib. Tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.5.