Sankt-Peterburqda Üzeyir Hacıbəylinin xatirəsi anılıb

 

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi Rusiyanın Sankt-Peterburq şəhərində anılıb.

18 sentyabrMilli Musiqi Günü münasibətilə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və diplomatlar Üzeyir Hacıbəylinin adını daşıyan bağda olublar.

Xatırladaq ki, Sankt-Peterburqun Bəstəkarlar küçəsində yerləşən bu bağda Heydər Əliyev FondununSankt-Peterburq hökumətinin dəstəyi ilə Üzeyir Hacıbəylinin abidəsi ucaldılacaq. Bu ilin yanvar ayında abidənin təməl daşı qoyulub.

Baş konsul Sultan Qasımov və konsulluğun əməkdaşları dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsini yad edib, təməl daşının önünə çiçəklər qoyublar.

 

Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.6.