Şamaxıda kitab sərgi-yarmarkası

 

 

Şamaxıdakı Heydər Əliyev adına parkda kitab sərgi-yarmarkası təşkil olunub.

Rayon İcra Hakimiyyəti və “TEAS Press” Nəşriyyat Evi tərəfindən təşkil edilən sərginin məqsədi xalqımızın tarixinə hər zaman iftixarla öyünəcəyimiz qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini əbədi yaşatmaqla yanaşı, cəmiyyətdə kitaba olan marağın artırılması və mütaliə mədəniyyətinin təbliğidir.

Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatı Tamam Cəfərova, yazıçılar, kitabsevərlər iştirak ediblər.

İki gün davam edən sərgi-yarmarkaya dünya klassiklərinin və uşaq ədəbiyyatı nümunələri də daxil olmaqla ümumilikdə, 104 adda 1300-ə yaxın kitab çıxarılıb.

Sərgi çərçivəsində tanınmış yazıçılar Reyhan Yusifqızı, Zahid Xəlil və Elxan Elatlının imza mərasimləri təşkil olunub.

 

Mədəniyyət.- 2022.- 23 sentyabr.- S.4.