Bölgələrin mədəni həyatı
– müxtəlif səpkili tədbirlər
Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova Yevlax rayonunda bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib. Baxış zamanı idarə rəisi rayonun Aran – 2 qəsəbə Mədəniyyət evi, qəsəbə kitabxana filialı və Uşaq musiqi məktəbinin fəaliyyəti ilə tanış olub.***
Gəncə RMİ-nin rəisi Vasif Cənnətov regional idarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə yeni təyin olunmuş pedaqoji kadrlarla görüş keçirib. İdarə rəisi yeni müəllimləri təbrik edib, uğurlar arzulayıb.
***
Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli” ilə əlaqədar “Azərbaycanın milli sərvəti” adlı tədbir təşkil olunub. Tədbirdə Şuşanın işğaldan azad edilməsinə həsr olunan “Zəfərin zirvəsi” adlı sənədli film nümayiş olunub
***
Şəki RMİ Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı
ilə uşaq və yeniyetmələr
arasında “Vətənimin hər qarışı gözəldir”
adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqə iştirakçılarının təbiət
qoynunda çəkdikləri rəsm əsərləri
muzeyin əməkdaşları tərəfindən
qiymətləndirilib və qaliblər
mükafatlandırılıb.
Mədəniyyət.- 2022.- 28
sentyabr.- S.4.