Markesin Azərbaycan dilində kitabı Kolumbiya diplomatına təqdim olunub

 

Kolumbiya xalqının fəxri Qabriel Qarsia Markesin əsərlərinin belə bir təkmil səviyyədə nəşrinə təbliğinə görə dərin təşəkkürümü bildirirəm. Əsərlərin seçimi, kitabın tərtibatı yüksək peşəkarlıq zövqlə hazırlanıb.

Kolumbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Maria Anxelika Stir bu sözləri Dövlət Tərcümə Mərkəzində qurumun rəhbəri, Xalq yazıçısı Afaq Məsudla görüşdə deyib.

Diplomant Markesin Azərbaycan dilində nəşr olunanSeçilmiş əsərlərikitabının səfirlik tərəfindən təqdimatının keçiriləcəyini bildirib.

Görüş zamanı Azərbaycan-Kolumbiya ədəbiyyatlararası əlaqələr istiqamətində hazırlanan layihələr,  dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin ispan dilində nəşr olunmuşYeddi gözəlpoemasının Kolumbiyanın dövlət ictimai kitabxanalarına, təhsil mədəniyyət ocaqlarına yerləşdirilməsi, Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin Kolumbiyada, eləcə digər Latın Amerikası ölkələrində  tanıdılması kimi məsələlər müzakirə edilib.

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.8.