Macarıstan orkestri gənc solistləri müşayiət edib

 

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert sentyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Konsertdə Macarıstanın Mendelson Kamera Orkestrinin müşayiəti ilə gənc solistlərrespublika beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano) Əziz Pənah (qoboy) çıxış ediblər.

Proqramda Lüdviq Van BethoveninSimli kvartet N.11, op.95”, “Quartetto serioso”, Volfqanq Amadey Motsartın “Piano orkestr üçün konsert A dur, K.414”, Bella BartokunDivertisment”, “Rumın xalq rəqsləri”, Üzeyir HacıbəylininArazbarı”, Aqşin ƏlizadəninCəngiəsərləri səsləndirilib.

Musiqiçilərin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.5.