Hər iki oğlum Zəfər tariximizin bir parçasıdır

 

İman Bəhrəm qardaşları eyni gündə şəhadətə yetiblər

 

 

 

Müasir hərb tariximizə milli şöhrət salnaməmizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin ikinci ildönümü tamam oldu. Bu müharibə təkcə Azərbaycan dövlətinin qüdrətini göstərmədi, eyni zamanda Ordumuzla xalqımızın sarsılmaz birliyinin təcəssümünü ortaya qoydu.

44 günün sonunda qazanılan şanlı Zəfər, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, qəhrəman əsgər zabitlərimizin fədakarlığı, şücaətləri sayəsində mümkün oldu. Ölümü gözə alan igidlər Vətənimizin müqəddəsliyini öz canları qanları ilə bir daha sübuta yetirdilər. Bu yazıda haqq savaşımızda eyni gündə şəhid olan İman Bəhrəm Məmmədzadə qardaşlarını yada salacağıq.

Ailənin böyük oğlu İman 1998-ci il sentyabrın 14-də, kiçik oğlu Bəhrəm isə 2000-ci il aprelin 18-də Lerik rayonunun Kəlvəz kəndində anadan olublar. Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsindəki S.Abbasov adına 117 nömrəli tam orta məktəbdə oxuyublar. Ali təhsillərini isə Rusiyada alıblar. İki qardaş uşaq yaşlarından idmana maraq göstərib. İman ağır atletika, Bəhrəm cüdo ilə məşğul olub. Hər ikisi dəfələrlə medal diplomlara layiq görülüb. Bəhrəm iştirak etdiyi beynəlxalq cüdo yarışının finalında erməni rəqibini məğlub edərək birinci yeri qazanıb. Ali təhsillərini başa vurduqdan sonra 2020-ci ildə Azərbaycana qayıdan qardaşlar Vətən qarşısında borclarını ödəmək üçün hərbi xidmətə yollanıblar.

İmanla Bəhrəm Vətən müharibəsi zamanı bir çox döyüşdə iştirak ediblər. Qubadlı, Füzuli Hadrut istiqamətlərində gedən döyüşlərdə çiyin-çiyinə vuruşaraq böyük şücaət göstərən İman Bəhrəm 2020-ci il oktyabrın 27-də Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi ətrafında şiddətli döyüş zamanı şəhid olublar.

Şəhid qardaşların atası Elman Məmmədov savaş boyu bir an belə bir-birindən ayrılmayan İman Bəhrəmin son döyüşdə ölümün gözünə dik baxdıqlarını söyləyir: “Təhsilləri bir, xidmətləri bir, döyüş yolları da bir, şəhidlikləri bir. Tək təsəllim odur ki, Vətən üçün canını fəda edən iki qəhrəman oğlum var. Onların ikisi şərəfli ömür yaşadılar. İman Bəhrəmin timsalında bütün şəhidlərlə fəxr edirəm. Mənim şəhid oğullarım Zəfər tariximizin bir parçasıdır...”.

Elman Məmmədov döyüşlərin birində Bəhrəmin qolundan yaralansa da, qardaşı İmanı tək qoymayacağını söyləyərək xəstəxanaya getməkdən imtina etdiyini deyir: “Aralarında iki yaş fərqi olmasına baxmayaraq, hər kəs onların əkiz olduğunu düşünürdü. Oğullarım əkiz olmasalar da, bir-biriləri ilə nəfəs alırdılar. Onları ölüm belə ayıra bilmədi...”.

Övladlarının seçdiyi yoldan danışan E.Məmmədov bildirir ki, müstəqilliyimiz, suverenliyimiz uğrunda hər zaman şəhid verməyə hazır olmalıyıq. Lazım olacaqsa, öləcəyik, amma bundan sonra bir qarış torpağımızı kimsəyə verməyəcəyik. Şəhidlərimiz üçün ağlamaq lazım deyil. Şəhidi təmtəraqla dəfn etmək lazımdır. Qoy bütün gənclər, yeni nəsillər bilsin ki, o kimdir. Şəhidlərin məclisini vayla keçirmək lazım deyil. Şəhid döyüşə vayla girməyib, hayla girib. Biz şəhidi vayla dəfn etməyək. Şəhidlər heç vaxt ölmür, ölməyəcək . Onlar hər zaman bizlərin qəlbində yaşayacaq”.

Şəhid qardaşların anası Hicran Məmmədova xatirəyə dönən rəsmlərdə övladlarının şərəfinə salınmış xatirə guşəsində yadigar qalan əşyalara toxunaraq rahatlıq tapdığını deyib. Söyləyib ki, onlar ömürlərinin müəyyən qismini qürbətdə keçirsələr də, hər zaman Vətən sevgisi ilə yaşayıblar: “İman və Bəhrəm öz qəhrəmanlıqları ilə hər birimizin başını uca etdilər. Onlar tək mənim deyil, Azərbaycan xalqının övladlarıdır. Bütün şəhid analarına demək istəyirəm ki, başlarını dik tutsunlar, məğrur olsunlar. Ölkəmizdə şəhidlərimizə olan diqqət yüksək səviyyədədir. Mənim oğullarımın da şərəfinə qəsəbəmizdə xatirə guşəsi yaradılıb”.

Hər iki qardaş 2020-ci il noyabrın 2-də Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümlərindən sonra “Vətən uğrunda” medalı, habelə Xocavənd, Cəbrayıl və Füzulinin azad olunmasına görə medalları ilə təltif ediliblər.

Şəhid qardaşların və bütün Vətən fədailərimizin ruhu şad olsun.

 

Nurəddin Məmmədli

 

 Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.6.