VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başa çatıb

 

Mədəniyyət Nazirliyibir sıra qurumların tərəfdaşlığı ilə 21-25 sentyabr tarixində keçirilən VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başa çatıb.

Sentyabrın 25-də Nizami Kino Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi gerçəkləşib. Tədbirdə Fransanın ölkəmizdəki səfiri Zakari Qros, Mədəniyyət Nazirliyi Audiovizualinteraktiv media şöbəsinin müdiri Rüfət Həsənov və digər qonaqlar iştirak ediblər.

Builki mövzusu “Təkamülə qarşı inqilabolan festivalda 33 ölkədən 60-dan çox film yarışıb.

“Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film” kateqoriyası üzrə Marita TevzadzeAna Jeqnaradzenin (Gürcüstan) “Hey, günəş” filmi qalib olub. “Ən yaxşı yerli qısametrajlı sənədli film” kateqoriyası üzrə rejissor Mətləb Muxtarovun “12/35” filmi birinci yerə layiq görülüb.

Rejissor Amil Amalın “Vulkan üstündə evfilmi isə münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Rişi Çandnanın (Hindistan) “Festival posteri” və Sarah Bahramcahanın (İran) “Uşaqsız” filmləri də xüsusi mükafatlara layiq görülüb.

Rejissor Amil Amalın “Vulkan üstündə evfilmi isə münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Rişi Çandnanın (Hindistan) “Festival posteri” və Sarah Bahramcahanın (İran) “Uşaqsız” filmləri də xüsusi mükafatlara layiq görülüb.

İlkin Yusifin (Azərbaycan) “Mən qəhrəman axtarıram” və Səid Taci Farukinin (Fransa) “Min alovfilmiNo-Main” kateqoriyasında ən yaxşı tammetrajlı sənədli filmlər kimi qalib olub. Bu kateqoriyada Mileyn Quiard-Şmidin (Belçika) “Paça hekayələri” filmi ən yaxşı qısametrajlı sənədli film elan edilib. “No-Main” kateqoriyasında münsiflər heyətinin xüsusi mükafatına isə Siril Kornunun (Fransa) “Mamodi, sonuncu baobab qazıcısı” filmi sahib çıxıb.

“Ən yaxşı tammetrajlı sənədli film” kateqoriyasında qalib isə polşalı rejissor Pavel LozinskininBalkonfilmi olub. Bu kateqoriya üzrə münsiflər heyətinin xüsusi mükafatı Helmut DosantosunMeksika tanrıları” və Nikolas van HemelrikKler VayskopfunAlis” filmlərinə verilib.

Mərasimdə həmçinin kinematoqrafiyada xüsusi xidmətlərinə görə Azərbaycan və beynəlxalq kino sənəti ustalarına xüsusiiCyborg” mükafatları da təqdim edilib. Onların arasında çoxsaylı mükafatlar laureatı, Kann Film Festivalının qalibi Sergey Dvortsevoy, polşalı sənədli film rejissorussenarist, bir sıra festivalların laureatı  Pavel Lozinski, dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati və ölkəmizin mərhum kinoaktyorurejissoru Ceyhun Mirzəyevin (1946-1993) də adı var. Səhnə adı ilə daha çox “Ələkbər əmi” kimi tanınan Əməkdar artist Ələkbər Hüseynov (1961-2007) da uşaqlar üçün teatr sənətinin inkişafındakı xidmətlərinə görə “iHuman” mükafatına layiq görülüb.

Qeyd edək ki, beş gün davam edən festivalda filmləri Mədəniyyət Nazirliyi Audiovizualinteraktiv media şöbəsinin müdiri Rüfət Həsənov, Kann Film Festivalının qalibi Sergey Dvortsevoy, məşhur fotojurnalist Reza Deqati və “Emmy” mükafatı laureatı, “Oskar” mükafatının nominantı, prodüser Kirstin Barfod və digərləri qiymətləndiriblər.

 

Hər il festival dünyaca məşhur bir rejissorun filmlərindən ibarət silsilə nümayiş təşkil edir. Bu il qazaxıstanlı rejissor, 2009-cu ildə “Oskar” mükafatının nominantı (“Zanbaqfilmi) olmuş Sergey Dvortsevoyun dörd filmindən (“Cənnət”, “Qaranlıqda”, “Çörək günü”, “Magistral”) ibarət retrospektiv hazırlanıb nümayiş olunub.

Festivalda filmlər Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu, YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanı və “Kapellhaus” – Alman-Azərbaycan Mədəniyyət Birliyində nümayiş etdirilib.

Xatırladaq ki, “DokuBaku” 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunan Azərbaycanda ilk beynəlxalq sənədli film festivalıdır.

 

Nurəddi

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.1;3.