Üzeyir bəyin musiqi ənənələri yaşayır

 

Beynəlxalq festival çərçivəsində Şuşa əsilli bəstəkarların əsərlərindən ibarət konsert

 

 

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı bu il də maraqlı konsert, təqdimat və ustad dərsləri ilə yadda qaldı.

Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) festival çərçivəsində Şuşa əsilli bəstəkarların əsərlərindən ibarət konsert keçirildi.

ABİ-nin Ü.Hacıbəyli adına konsert salonunda gerçəkləşən tədbiri ittifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açdı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Firəngiz Əlizadə bugünkü tədbirin böyük məna kəsb etdiyini bildirdi: “Bu konsert hamıya göstərməlidir ki, Qarabağdan başlayan bizim klassik musiqi, bəstəkarlıq məktəbi bu gün də yaşayır, inkişaf edir. Təəssüflə deyim ki, biz hələ də Azərbaycan bəstəkarlıq məktəbinin imkanlarını dünyaya yetərincə göstərə bilməmişik. Bu yaxınlarda biz Rusiyanın Həştərxan şəhərində böyük bir musiqi tədbirinə qatılmışdıq. Bizim konsertdən sonra müxtəlif ölkələrdən gələn musiqiçilər bəstəkarlıq məktəbimiz haqqında çox dəyərli fikirlər söylədilər. Hətta Moskvadan gələn bəstəkar Məmməd Hüseynov milli bəstəkarlığımızın müsəlman dünyasının ən inkişaf etmiş bəstəkarlıq məktəblərindən olduğunu dedi. Bu fikir çox sadə səslənsə də, dərin məna kəsb edir, hər birimizdə qürur hissi doğurur. Bu gün dahi Üzeyir bəyin adını daşıyan milli bəstəkarlıq məktəbi üzərinə düşən vəzifəni canla-başla yerinə yetirir və gələcəkdə də belə olacaq”.

Sonra konsert proqramı təqdim olundu. İlk olaraq Üzeyir HacıbəylininArşın mal alanoperettasından Gülçöhrənin ariyası, Əşrəf AbbasovunHeyran olmuşam”, Rəna Qədimovanın klarnet piano üçün (2 ifa) “Musical offering”, Kəmalə Əlizadənin – “Flying over Shusha” piano üçün, Tural Məmmədlinin kamança piano üçünTənha yolçu”, Elnarə Dadaşovanın 2 piano laqqutti üçünAşıqsayağı”, Soltan Hacıbəyovun 2 piano üçünUvertüra s. əsərlər səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.5.