Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəyli festivalının konsertləri

 

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Musiqi Akademiyasında (BMA) da bir neçə konsert proqramı gerçəkləşib.

Sentyabrın 21-də Ü.Hacıbəyli adına BMA-nın böyük zalında keçirilən konsertdə bu ilin mayında Vyana şəhərində təşkil olunanOdlar Yurdunun sədaları” Beynəlxalq Klassik Musiqi Müsabiqəsinin qalibləri – Aleksandr Maria Vaqner (Almaniya) və Qriqorius İoannu (Yunanıstan) çıxış ediblər.

Əvvəlcə BMA-nın prorektoru, professor Yeganə Axundova istedadlı pianoçular haqqında məlumat verib. Bildirilib ki, Aleksandr Maria Vaqner Virciniya Yaradıcılıq İncəsənət Mərkəzinin təqaüdçüsü, Qriqorius İoannu  F.List Beynəlxalq Musiqi Müsabiqəsinin və Zalsburq şəhərində keçirilən “MozarteumYay Akademiyasının laureatıdır.

A.M.Vaqner konsertdə V.A.Motsartın “No 11 A-dur sonata”, T.Quliyevin “Cəmilənin albomunu və həmçinin özünün bəstələdiyi “Miniatür über Mohn” əsərlərini ifa edib. Q.İoannou isə F.ListinMefisto-vals No 1”, F.ŞopeninNoktürn No 1 op.48”, C.PsatosunJettatura”, Ü.Hacıbəylinin “Sənsiz”, S.ProkofyevinNo 7 op.83 sonata”sını səsləndirib.

Sentyabrın 22-də BMA-nın böyük zalında “Odlar Yurdunun sədaları” müsabiqəsinin qalibləri olmuş daha iki istedadlı musiqiçiHeli Kanq (Cənubi Koreya) və Anna Leyererdir (Avstriya) səhnəyə çıxıb.

Heli Kanqın ifasında dinləyicilər D.Skarlatti, V.A.Motsart, K.Şuman, F.MendelsonM.Ravelin, Anna Leyererin ifasında isə R.Şedrin, A.Ginastera, A.SkryabinF.Listin əsərlərini dinləyiblər.

Müxtəlif milli məktəb, üslubtarixi dövrlərin bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqram təqdim edən gənc musiqiçilərin incə təfsiri və virtuoz texnikası Bakı dinləyicilərinin yaddaşında hələ uzun müddət qalacaq.

 

***

 

Sentyabrın 24-də BMA-da “Baku Chamber Orchestra”nın konserti keçirilib. Konserti Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, mədəniyyət incəsənət xadimləri, musiqisevərlər dinləyiblər.

Dirijor Mirian Xuxunaişvilinin (Gürcüstan) rəhbərliyi altında “Baku Chamber Orchestra”nın müşayiəti ilə solist, istedadlı pianoçu Kristina Millerin (Rusiya/Almaniya) ifası dinləyicilərə böyük zövq bəxş edib.

Qeyd edək ki, K.Miller beynəlxalq müsabiqələr laureatı, Münxen Yeni Filarmoniyası, Vyana Kamera Orkestri, Amerika Orkestri Litva Kamera Orkestrinin solistidir.

Konsert proqramında Ü.HacıbəylininArazbarı”, F.Şopenin “Piano orkestr üçün konsert No.1 e moll, op.11”, B.Brittenin “Simple Symphony, op.4”, G.KançelininDaneliadaəsərləri ifa olunub.

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.5.