Anar Kərimov Mexikoda Xocalı abidəsini ziyarət edib

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 28-30 sentyabr tarixində Meksikanın paytaxtı Mexikoda keçirilən UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında (“Mondiacult 2022”) iştirak edir.

Səfər çərçivəsində Anar Kərimov Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Nazir abidənin önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, abidə Mexiko şəhərinin tarixi mərkəzində 2011-ci ildə Azərbaycan Hökumətinin dəstəyi ilə ucaldılıb. Həmçinin meydanda təmir-abadlıq işləri həyata keçirilib. Xocalı soyqırımı abidəsinin müəllifi Xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.

 

Mədəniyyət.- 2022.- 30 sentyabr.- S.2.