Əməkdar artist Teymur Əmrah fəxri fərmanla təltif olunub
Əməkdar artist, tanınmış müğənni
Teymur Əmrah 50 illik yubileyi münasibətilə Mədəniyyət
Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Nazir Anar Kərimovun imzaladığı fəxri
fərman yanvarın
19-da nazirliyin İncəsənət
və qeyri-maddi mədəni irs
şöbəsinin müdiri
Fərəh Acalova tərəfindən sənətkara
təqdim olunub. Görüşdə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin
müdiri Məryəm
Qafarzadə də iştirak edib.
Əməkdar artistə fəxri fərmanı təqdim edən Fərəh Acalova sevilən müğənniyə mədəniyyət
nazirinin ən xoş arzularını çatdırıb, ona gələcək fəaliyyətində
uğurlar arzulayıb.
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.5.