Nizami Gəncəvi irsinin
təbliğində töhfələrə görə
“Azercell”in
prezidentinə “Nizami Gəncəvi – 880” xatirə
nişanı təqdim
edilib
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yanvarın 25-də
“Azercell” MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüş keçirib. Görüş
zamanı Elnur Əliyev “Azercell”in 2021-ci il ərzində
dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına
xüsusi yanaşmasına
görə şirkətin
prezidentinə təşəkkürünü
bildirib.
2021-ci ildə “Azercell”in
dəstəyi ilə Nizami Gəncəvinin əsərlərindən seçilmiş
100-dən çox fəlsəfi
və lirik məzmunlu parça audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin
müşayiəti altında
səsləndirilib. Orijinal
fon musiqiləri
ilə təqdim olunan audiomateriallar “Azercell”in eksklüziv şəkildə təqdim
etdiyi beynəlxalq “Bookmate” əlavəsinə
yüklənilib.
Həmçinin şirkət tərəfindən
Nizami Gəncəvinin
yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn olunub. Əlifba dahi
şairin zəngin irsinin öyrənilməsinə
və təbliğinə
xidmət edir. Maraqlı üslubda hazırlanmış
əlifbanın hərfləri
dahi Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu
əsərlərdəki məşhur
obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, “A” hərfi
şairin ilk həyat yoldaşı, qıpçaq
gözəli Afaqı,
“B” hərfi “Yeddi gözəl” poemasından
Bəhram şahı,
“F” hərfi Fitnəni,
“İ” hərfi qüdrətli
sərkərdə İskəndəri
tərənnüm edir.
Hərflərin hər biri adları çəkilən
obrazlara uyğun miniatürlərlə bəzədilib.
Görüşdə Elnur Əliyev diqqətə çatdırıb
ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə 2021-ci ilin “Nizami ili” elan
edilməsi dövlətimizin
Azərbaycan xalqının
mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. Mədəniyyət nazirinin birinci müavini “Nizami ili” çərçivəsində
ölkəmizdə və
xaricdə reallaşan
layihələrdən söz
açıb. Vurğulayıb
ki, xalqın ən böyük sərvətlərindən biri
onun milli-mənəvi
dəyərlərinin, mədəniyyətinin
formalaşmasında mühüm
rol oynayan dahi şəxsiyyətləri,
tanınmış mütəfəkkirləridir.
Daha sonra
Elnur Əliyev Mədəniyyət Nazirliyinin dahi şairin yubileyi münasibətilə
təsis etdiyi “Nizami Gəncəvi
– 880” xatirə nişanını “Azercell”
şirkətinin prezidenti Zərinə Zeynalovaya təqdim edib.
Mədəniyyət.- 2022.- 28
yanvar.- S.3.