Bakı Uşaq və Gənclər Teatrı şəhid övladları üçün şənlik keçirib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı paytaxtın Suraxanı, Binəqədi rayonlarında və Sabirabad rayonunda şəhid övladları üçün bayram şənliyi keçirib.

İdarədən bildirilib ki, tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Yeni il bayramının ənənəvi personajları Şaxta babaQar qız şənliyə qatılaraq uşaqları təbrik edib.

Bayram proqramında həmçinin Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Qış nağılı” və “Ağıllı tülkü” tamaşaları nümayiş olunub.

 

Mədəniyyət.- 2022.- 7 yanvar.- S.5.