Xanımana Əlibəyli haqqında biblioqrafiya işıq üzü
görüb
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsi” seriyasından tanınmış şair-dramaturq Xanımana Əlibəyli haqqında biblioqrafiya nəşr olunub.
Biblioqrafiya Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Xanımana Əlibəylinin həyat və yaradıcılığını, ədib haqqında 1936-2020-ci illərdə dərc olunmuş materialları əhatə edir.
Göstəricidə həmçinin şairənin Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan şəxsi arxiv materialları da öz əksini tapıb.
Kitab ədəbiyyatşünas
alimlər, tədqiqatçılar,
kitabxanaçı-biblioqraflar və geniş
oxucu kütləsi üçün
nəzərdə tutulub.
Mədəniyyət.- 2022.- 7
yanvar.- S.6.