Ötən ilə nəzər salınıb, yeni hədəflər müzakirə olunub

 

Bərdə Regional Mədəniyyət İdarəsində (RMİ) 2021-ci ilin yekunlarına həsr olunmuş şura iclası keçirilib. İdarə rəisi İlyas Hacıyevin iştirakı ilə keçirilən iclasda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub, nailiyyətlərdən və nöqsanlardan söz açılıb.

Lənkəran RMİ-də 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. İdarənin məsul əməkdaşlarının və mədəniyyət müəssisələri rəhbər işçilərinin iştirak etdiyi iclasda il ərzində görülmüş işlər müzakirə edilib, növbəti il üzrə əsas prioritetlər müəyyən olunub.

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində 2022-ci il ərzində görüləcək işlərlə əlaqədar toplantı keçirilib. Toplantıda cari ildə qarşıda duran vəzifələr müzakirə olunub, fəaliyyətin müasir tələblər səviyyəsində qurulması  ilə bağlı çıxışlar dinlənilib, təkliflər səsləndirilib.

 

 

Mədəniyyət.- 2022.- 7 yanvar.- S.4.