Abdulla Şaiqin
şeirləri alman dilində...
Dövlət Tərcümə Mərkəzinin
"Azərbaycan ədəbiyyatı
beynəlxalq virtual aləmdə"
layihəsi çərçivəsində
şair və yazıçılarımızın yaradıcılığının müxtəlif dillərdə
təqdimatı davam edir.
Almaniyanın "LiteratPro" ədəbiyyat
portalında görkəmli
Azərbaycan şairi,
maarifçi ədib Abdulla Şaiqin
alman dilinə tərcümə olunmuş
"Əsrimizə xitab",
"Hamımız bir
günəşin zərrəsiyik"
və "İrəli"
şeirləri dərc
olunub.
Geniş oxucu auditoriyası tərəfindən izlənən
"LiteratPro" ədəbiyyat
portalı mütəmadi
olaraq dünya ədəbiyyatından nümunələr
yayımlayır, məşhur
yazıçı və
şairlərin yaradıcılığını
işıqlandırır.
Mədəniyyət.- 2022.- 7
yanvar.- S.8.