“Qafqaz Albaniyası və
albanlar”
Görkəmli tarixçi alim, albanşünas Fəridə Məmmədovanın “Qafqaz Albaniyası və albanlar” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən ingilis dilində nəşr edilib.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, kitabın ingilis dilinə tərcüməsi və nəşri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində həyata keçirilib.
Ötən ilin dekabrında dünyasını dəyişən Fəridə Məmmədova hələ sovetlər dönəmində ilk dəfə Qafqaz Albaniyasında feodal münasibətlərinin genezisi problemini tədqiq edib. O, tarixşünaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma quruluşunun mövcudluğu fikrinin yalan olduğunu sübut edərək, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırıb. F.Məmmədova alban dövlətinin e.ə. IV – b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən edib, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq edərək, Ermənistan dövlətinin bu ərazidə deyil, kiçik Asiyada mövcud olmasını sübut edib.
Kitabın baş redaktoru Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin Himayəçilər Şurasının sədri,
akademik Kamal Abdulla, elmi redaktoru
AMEA-nın Arxeologiya, Etnoqrafiya
və Antropologiya İnstitutunun
əməkdaşı Ülviyyə Hacıyeva, layihə rəhbəri
BBMM-in icraçı direktoru
Rəvan Həsənovdur.
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.1.