Bakı Uşaq və Gənclər Teatrının yanvar repertuarı

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrı 2022-ci ilin yanvar ayı üçün repertuarında beş səhnə əsəri var.

Kollektiv yanvarın 8-də “Danışan gəlincik” (Abdulla Şaiq) tamaşasını balaca teatrsevərlərə təqdim edib. 15 yanvardaÇay dəsgahı” (Cəlil Məmmədquluzadə), 19 yanvarda “Cənnətə bilet” (İlhamə Əhmədova) tamaşaları nümayiş olunacaq.

Yanvarın 22-də “Humayın yuxusu” (Elçin), yanvarın 29-da isə “Sehrli tütək” (İntiqam Soltan) tamaşaları göstəriləcək.

Qeyd edək ki, tamaşalar Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 18 ünvanında yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının səhnəsində oynanılır.

 

Mədəniyyət.- 2022.- 12 yanvar.- S.5.