Mədəniyyət və İncəsənət
Universitetinin “Youtube”
kanalı yaradılıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “ADMİU TV” “Youtube” kanalının təqdimatı keçirilib.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbiri açaraq universitet həyatının geniş ictimaiyyətə çatdırılması baxımından internet kanalının önəmindən danışıb.
“ADMİU-nun təhsil həyatı, ictimai və mədəni fəaliyyəti çox genişdir. Fikrimcə, bu fəaliyyətimizi böyük auditoriyaya da çatdırmaq lazımdır. Bizim konsertlərimizi, filmlərimizi, tədbir və tamaşalarımızı yalnız universitetdaxili kollektiv görür. Ancaq bizim respublikanın hər yerində, eləcə də dünyanın bir çox ölkələrində yaşayan, fəaliyyət göstərən məzunlarımız var. Onlar da məzunu olduqları universitetlə maraqlanırlar. “Youtube” kanalı vasitəsilə hər kəs bu layihələri izləmək imkanı əldə edəcək”, - deyə rektor bildirib.
Prorektorlar Gülşən Əliyeva-Kəngərli, Sədaqət
Əliyeva, kafedra müdirləri Əli
Əmirli, Rafiq Quliyev,
Əməkdar müəllim Məryəm Babayeva,
dosent Sevil Kərimova,
Xalq artisti Teyyub Aslanov, “SABAH”
qruplarının rəhbəri Bella
Talıbova, Teatrşünaslıq kafedrasının müəllimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Elçin Cəfərov,
tələbələr Yusif Cəfərbəyli
və Xanım Abdullayeva
çıxış edərək internet
kanalının tələbələr üçün
də stimul olacağına
inandıqlarını bildiriblər.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.2.