“Bir nəfəs qədər”
20 Yanvarın ildönümü
ərəfəsində göstəriləcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə və Zəfərimizin simasına çevrilən analara həsr olunan “Bir nəfəs qədər” (pyesin müəllifi – Samir Qulamov) tamaşası növbəti dəfə Qara Yanvarın ildönümü ərəfəsində, yanvarın 19-da nümayiş ediləcək.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Rolları Əməkdar artist
Nahidə Orucova, aktyorlar
Gülnarə Abdullayeva, Gülcahan
Salamova, Əmrah Dadaşov,
İbrahim Əlizadə, Nəzrin
İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət
Əliyev, Əli Kərimov və Murad
Əliyev ifa edirlər.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.5.