VerdininTraviata”sı yeni Alfredlə səhnəyə çıxır

 

Ramil Qasımov: “İnanıram ki, debüt ifamla dinləyici rəğbətini qazanacağam...”

 

 

 

Yanvarın 15-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında italyan bəstəkar Cüzeppe VerdininTraviata” operasının tamaşası keçiriləcək. Fransız yazıçısı Aleksandr Dümanın (oğul) “Kameliyalı qadın” əsəri əsasında yazılan məşhur opera Parisin kübar  təbəqəsindən Violetta adlı gənc qadının enişli-yoxuşlu həyatını əks etdirir. Alfred və Violettanın nakam sevgisindən bəhs edən tamaşa Akademik OperaBalet Teatrının solistləri, orkestrixoru tərəfindən sənətsevərlərə təqdim olunacaq.

Baş rollarda Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış edəcəklər. Digər rolları Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D’ Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) ifa edəcəklər. Tamaşanın dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Dünya opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən olanTraviatada debüt  edəcək Ramil Qasımov ürək sözlərini belə ifadə edib: “Hər bir opera tamaşasında çıxış etmək mənim yaradıcılığımda yeni nailiyyətdir. Bu gün ölkəmizdə klassik vokal sənətinin təbliği və inkişafı üçün geniş zəmin yaradılıb və qürur hissi ilə deyə bilərəm ki, mən də bu yolda əlimdən gələni edirəm. “Traviatadahi Cüzeppe Verdinin əsərləri xüsusilə seçilən və İtaliya musiqisində əbədi olaraq iz qoymuş klassik operalardandır. Xeyli müddətdir ki, xüsusi müəllim ilə italyan dilini öyrənirəm. Klassik vokal sənətinə  hər zaman ciddi yanaşmaqdaha ciddi məşğul olmaq tələb olunur. İtalyan dilini öyrənməyim ifamın mükəmməlləşməsi, obrazların daxili aləmini daha yaxından anlamaq, qəhrəmanların hiss və həyəcanını istənilən səviyyədə ifadə edə bilmək baxımından çox vacibdir. Alfred çox fərqli və özünəməxsus koloritli obrazdır. Mən də öz növbəmdə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti kimi rolumun öhdəsindən gəlməyə çalışıram. İnanıram ki, debüt ifamla dinləyici rəğbətini qazanacağam. Tamaşanın dirijoru Fəxrəddin Kərimovun çox məsuliyyətli və qızğın məşqləri hər birimizə böyük şövq verirbunu tamaşada mənimlə tərəf-müqabil olan bütün sənət dostlarım təsdiq edə bilərlər. Fürsətdən istifadə edərək teatrımızın bütün yaradıcı və texniki heyətinə uğurlar arzulayıram”.

 

Mədəniyyət.- 2022.- 12 yanvar.- S.5.