Cavad xan səhnə
əsərində xatırlanıb
Yanvarın 15-də Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və “Cavad xan” Tarix-Mədəniyyət Fondunun təşkilatçılığı ilə Gəncədə Cavad xanın anım günü keçirilib. 1804-cü il yanvarın 4-nə keçən gecə çar Rusiyasının işğalçı qoşunları ilə döyüşdə həlak olan Cavad xan Ziyadoğlu 18 il Gəncə xanlığına rəhbərlik edib. Onun doğma yurd uğrunda şəhidliyi nəsillərə örnək bir tarixdir.
Mərasim iştirakçıları Cavad xanın məqbərəsini ziyarət
ediblər. Cavad xanın
ruhuna dualar oxunub.
Sonra Gəncə
Dövlət Dram Teatrında
yazıçı-dramaturq Nüşabə
Əsəd Məmmədlinin
“Cavad xan” əsərinin tamaşasına
baxış olub.
Nümayişdən öncə çıxış
edən Gəncə
Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tamaşanın ərsəyə
gəlməsində göstərdiyi
dəstəyə görə
Mədəniyyət Nazirliyinə
təşəkkürünü bildirib. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşasına
görə ölkə
başçısına minnətdarlıq
ifadə olunub.
Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, “Cavad xan”
Tarix-Mədəniyyət Fondunun
birinci vitse-prezidenti Müzadil Həsənov və başqaları çıxış edərək
Cavad xanın qəhrəmanlığı, onun
Gəncənin tarixindəki
silinməz izindən söz açıblar.
Sonra tamaşa
göstərilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı
Mirzə Mehdi, musiqi tərtibatçısı
Sevda Əliyeva, rejissor assistenti Nişanə Qurbanovadır.
Cavad xan rolunda Əməkdar
artist Elxan Yunis çıxış edib.
Qeyd edək
ki, böyük maraqla qarşılanan tamaşanın premyerası
bu yaxınlarda keçiriləcək.
Mədəniyyət.- 2022.- 19
yanvar.- S.4.